
“Azərbaycan Milli Elmlər Akademiyası Ramiz Mehdiyevlə bağlı yaranmış vəziyyətə görə dərin təəssüf hissi keçirir”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri APA-ya AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli deyib.
O bildirib ki, məhkəmə qərarından sonra Ramiz Mehdiyevin həqiqi üzvlük məsələsinə baxılacaq.
Qeyd edək ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub.
Xatırladaq ki, bir müddət əvvəl yerli KİV-də R. Mehdiyevin dövlətə xəyanətdə ittiham olunmasına və barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbirinin seçilməsinə dair məlumatlar yayılıb.
Tətbiqimizi yükləyə bilərsiniz