
Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bakı ilə İrəvan arasında sülhü müzakirə edəcək
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, müzakirə Dohada keçiriləcək forumda baş tutacaq.
Belə ki, Hikmət Hacıyev və Armen Qriqoryan “Ermənistan və Azərbaycan arasında davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək” mövzusunda panel müzakirəsində iştirak edəcək.
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderləri münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalayıblar.
Tətbiqimizi yükləyə bilərsiniz