
“Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe bir təqvim ilində vurduğu qolların sayına görə ilk 10-luğa daxil olub.
Yeniavaz.com xəbər verir ki, Mbappe La Liqanın 19-cu turunda “Atletik Bilbao”ya 3:0 hesabı ilə qalib gəldikləri oyunda iki qol vurub.
Beləliklə, bu il onun “Real Madrid” və Fransa millisinin heyətində vurduğu qolların sayı 62-yə çatıb.
Rekordçu hələ də 2021-ci ildə 91 qol vuran “Barselona”nın keçmiş forvardı, argentinalı Lionel Messidir.
Siyahını təqdim edirik:
1. Lionel Messi (2012) - 91 qol;
2. Gerd Müller (1972) - 85 qol;
3. Pele (1958) - 75 qol;
4. Pele (1965) -72 qol;
5. Ziko (1979) - 72 qol;
7. Robert Levandovski (2021) - 69 qol;
8. Kriştianu Ronaldo (2013) - 69 qol;
9. Kriştianu Ronaldo (2012) - 63 qol;
10. Kilian Mbappe (2025) - 62 qol.
Tətbiqimizi yükləyə bilərsiniz