Rusiya-NATO Şurası ləğv edildi


Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya-NATO Şurasının ləğv edildiyini elan edib.
Yeniavaz.com
“Wiadomości” nəşrinə istinadla xəbər verir ki, o, bu barədə alyansın xarici işlər nazirlərinin görüşündən sonra bildirib.
“NATO-Rusiya Təsis Aktı artıq mövcud deyil”, - Polşa XİN rəhbəri qeyd edib.
O, həmçinin qeyd edib ki, şura Rusiya ilə Avropanın təhlükəsizliyi qurularkən yaradılıb, lakin o vaxtlar artıq geridə qalıb.
“Bu gün biz artıq Avropanın Rusiyaya qarşı təhlükəsizliyini yaradırıq”, - Polşanın xarici işlər naziri əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top