HƏMAS daha bir girovun qalıqlarını İsrailə verdi


Fələstinin HƏMAS qruplaşması daha bir girovun qalıqlarının olduğu tabutu İsrailə təhvil verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, meyitlərin şəxsiyyəti müəyyənləşdiriləcək, ölümün səbəbləri və şəraiti ilə bağlı araşdırma aparılacaq.
“Associated Press” (AP) yazır ki, Qəzza zolağında daha iki israilli girovun cəsədi qalıb və HƏMAS-ın çərşənbə axşamı təhvil verdiyi qalıqlar onların heç birinə aid deyil.
İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə günü HƏMAS üzvlərinin Qəzzanın cənubunda dörd İsrail əsgərinin yaralanmasına səbəb olan hücumunun atəşkəs razılaşmasının pozulması olduğunu bildirib. O deyib ki, İsrail buna “münasib formada” cavab verəcək.
Xatırladaq ki, oktyabrın 13-də Qəzza zolağında hərbi əməliyyatların dayandırılması haqqında saziş imzalanıb. Müqavilə girovların azad edilməsindən əlavə, hərbi əməliyyatların dayandırılmasını, humanitar yardımın bərpasını və İsrail ordusunun razılaşdırılmış xəttə çəkilməsini nəzərdə tutur.

DİGƏR XƏBƏRLƏR

Top