
İspaniya çempionatının təxirə salınmış oyununda “Real Madrid” səfərdə “Atletik Bilbao”nun qonağı olub.
Yeniavaz.com xəbər verir ki, “Kral klubu” 0:3 hesabı ilə qalib gəlib.
Qonaqların heyətində fransalı hücumçu Kilian Mbappe dubl edib. Onun həmvətəni, yarımmüdafiəçi Eduardo Kamavinqa da fərqlənib.
Qeyd edək ki, “Real Madrid” 36 xalla turnir cədvəlində ikincidir. Xabi Alonsonun komandası lider “Barselona”dan 1 xal geridədir. “Atletik” isə 20 xalla səkkizinci pillədə qərarlaşıb.
Tətbiqimizi yükləyə bilərsiniz