Krouford WBC kəmərindən məhrum edildi − Ödənişi etməyib


Ümumdünya Boks Şurası (WBC) amerikalı Terens Kroufordu titulundan məhrum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Boxing Scene” məlumat yayıb.
Bildirilib ki, buna səbəb Kroufordun meksikalı Saul Alvares və özbəkistanlı İsrail Madrimova qarşı döyüşlərdən sonra qonorar ödəməməyi olub.
WBC prezidenti Maurisio Suleyman bildirib ki, boksçu Alvares üzərində qələbədən sonra təşkilata 300 min dollar ödəməyib. Prezident qeyd edib ki, daha öncə boksçu Madrimovla döyüşündən sonra da WBC-yə pul ödəməkdən imtina edib.
Qeyd edək ki, 38 yaşlı Krouford Ümumdünya Boks Assosiasiyası (WBA), Ümumdünya Boks Təşkilatı (WBO) və Beynəlxalq Boks Federasiyasının (IBF) super orta çəki dərəcələrinin sahibidir. O, peşəkar rinqdə heç vaxt uduzmayıb, onun hesabına 42 qələbə (31 nokaut) var.
 

DİGƏR XƏBƏRLƏR

Top