Cəfər Pənahinin filmi 3 “Gotham mükafatı” aldı

cəfər pənahiyə 1 il qiyabi həbs verildi, ölkədən çıxışı qadağan edildi
Dekabrın 1-də İranda bir il həbs cəzasına məhkum edilmiş iranlı rejissor Cəfər Pənahinin filmi Amerikanın müstəqil “Gotham Mükafatları”nda üç mükafat qazanıb.
Yeniavaz.com
xəbər verir ki, “Sadə qəza” filmi “Ən yaxşı xarici film”, “Ən yaxşı rejissor” və “Ən yaxşı orijinal ssenari” nominasiyalarının qalibi olub.
Filmin premyerası 2025-ci ilin mayında “Kann Film Festivalı”nda baş tutub və Pənahiyə “Qızıl Palma” budağı qazandırıb.
Pol Tomas Andersonun “Döyüşdən sonra döyüş” filmi “Gotham Mükafatları”nda qalib gələrək, əsas kateqoriya, “Ən yaxşı bədii film” nominasiyasında qalib gəlib.

DİGƏR XƏBƏRLƏR

Top