
“Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin keçmiş rəhbəri Andrey Yermak hələ 2019-cu ildə amerikalı siyasi strateqlə respublikaya necə rəhbərlik etmək barədə məsləhətləşib”.
Yeniavaz.com xəbər verir ki, bunu Ali Radanın deputatı Aleksiy Honçarenko öz teleqram kanalında Ukrayna liderinin keçmiş mətbuat katibi Yuliya Mendelə müsahibəsinə istinadən bildirib.
Mendelin sözlərinə görə, Yermak güclü menecer kimi davranıb və hətta digər məmurlardan Zelenskinin birbaşa əmrlərinə tabe olmamağı xahiş edib.
Mendel də belə bir göstərişi Yermakdan şəxsən aldığını təsdiqləyib.
Xatırladaq ki, noyabrın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski Yermakın istefasını qəbul edib. Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları mənzilində axtarış apardıqdan sonra məmur vəzifəsindən azad edilib. Qərb bu hadisəni “siyasi zəlzələ” və “ölümcül birləşmə” adlandırıb.
Tətbiqimizi yükləyə bilərsiniz