Ərdoğan və Makron arasında telefon danışığı olub


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşı tərəfin xahişi ilə Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Görüş zamanı Türkiyə-Fransa ikitərəfli münasibətləri, Ukrayna ilə Rusiya arasındakı müharibə, həmçinin regional və qlobal gündəmdə olan məsələlər müzakirə edilib.
Türkiyə mediasının verdiyi məlumata görə, prezident Ərdoğan iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, bunun üçün lazımi addımların atılacağını bildirib. O həmçinin qeyd edib ki, Ankara Ukrayna-Rusiya müharibəsinin ədalətli və davamlı sülh yolu ilə sona çatması üçün səylərini davam etdirir.
Telefon danışığı zamanı Qafqazdakı vəziyyət, Qəzza zolağında baş verənlər və Suriyada son durum da müzakirə mövzusu olub. Ərdoğan İstanbul Prosesinin intensivləşdirilməsi üçün tərəflərlə təmasların davam etdiyini qeyd edərək, Türkiyənin sülh qapılarının tezliklə açılması üçün hazır olduğunu vurğulayıb.
Türkiyə lideri diplomatik kanalların maksimum effektlə istifadə edilməsinin vacibliyini bildirib və Ankaranın atəşkəs prosesinə, eləcə də onun nəticələrinin dəstəklənməsinə bundan sonra da töhfə verəcəyini qeyd edib. O, qlobal sülhə zərər yetirə biləcək addımlardan çəkinməyin sülh səylərinə böyük töhfə verəcəyini də əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top