
Dünyanın ən yaxşı baş məşqçisi üçün 2025-ci il “Globe Soccer Awards” mükafatına son namizədlər açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Globe Soccer Awards” mükafatının rəsmi saytında məlumat verilib.
Qısa siyahıya altı mütəxəssis daxil olub.
Beləliklə, nüfuzlu mükafat uğrunda aşağıdakılar mübarizə aparacaqlar:
- Xabi Alonso (“Real Madrid”),
- Mikel Arteta (“Arsenal”),
- Luis Enrike (PSJ),
- Hans Diter Flik (“Barselona”),
- Enzo Mareska (“Çelsi”),
- Arne Slot “(Liverpul”).
Qeyd edək ki, “Globe Soccer Awards” futbolda ən böyük nailiyyətlər əldə etmiş şəxsləri mükafatlandıran illik mükafatlandırma mərasimidir.
Xatırladaq ki, 2024-cü ilin dünyanın ən yaxşı məşqçisi mükafatını “Real Madrid”ə rəhbərlik edən Karlo Ançelotti qazanıb. Təcrübəli mütəxəssis hazırda Braziliya millisinin baş məşqçisidir.
Tətbiqimizi yükləyə bilərsiniz