
İsrailin Baş naziri Benyamin Netanyahunun dekabrın 28-31-də ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfər edəcəyi gözlənilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrailin Ordu Radiosu məlumat yayıb.
Bildirilib ki, səfərin dəqiq tarixinin hələ müəyyən edilməyib.
Qeyd edək ki, dünən ABŞ prezident administrasiyası bəyan edib ki, Tramp Netanyahunu onunla Ağ Evdə görüşə dəvət edib və bu, Trampın yanvarda vəzifəyə başlamasından bəri Netanyahunun ABŞ-yə beşinci səfəri olacaq.
Görüşdə çox güman ki, İsrail və Suriya arasında gözlənilən təhlükəsizlik sazişi, həmçinin Trampın Qəzza zolağı ilə bağlı sülh planının həyata keçirilməsi üçün səylərin koordinasiyası müzakirə olunacaq.
Tətbiqimizi yükləyə bilərsiniz