Türkiyə, Azərbaycan, ABŞ və Pakistan hərbçilərinin birgə təlimi keçirildi


Türkiyənin İzmir şəhərində “Doğu Akdeniz – 2025” (Şərqi Aralıq dənizi - 2025) dəvət təlimi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimdə qardaş ölkənin hərbi qulluqçuları ilə yanaşı Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup heyəti, ABŞ-nin terrorizmə qarşı təhlükəsizlik qrupu və Pakistan Ordusunun dəniz patrul təyyarəsi iştirak ediblər.
Təlimdə qarşıya qoyulan tapşırıqların icrası zamanı iştirakçı ölkələrin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.
Qeyd edək ki, dəvət təliminə on doqquz ölkədən hərbi qulluqçular müşahidəçi qismində iştirak ediblər.



DİGƏR XƏBƏRLƏR

Top