Keniyada silah tonqalı: minlərlə silah yandırıldı-FOTO

“Əş Şəbbab” terror qruplaşmasının hücumlarına məruz qalan Keniyada hüquq-mühafizə qüvvələrinin topladağı qanunsuz silahlar yandırıldı. “Yeniavaz.az”ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əməliyyatlarda ələ keçirilən və ya könüllü olaraq təhvil verilən 5250 ədəddən çox qaçaq silah paytaxt Nayrobinin yaxınlarındakı təpələrdə yandırılıb. Keniyada qanuni yolla silah əldə etmək və icazə almaq çox çətindir. Hakimiyyət nümayəndələrinin sözlərinə görə, əhalidə ən azı 500 min qaçaq silah var.

DİGƏR XƏBƏRLƏR

Top