
Bu ilin ilk 10 ayı ərzində Çinin qlobal avtomobil bazarındakı payı 34,9% olub.
Yeniavaz.com auto.ru-ya istinadla xəbər verir ki, bu barədə Çin Sərnişin Avtomobilləri Assosiasiyası (CPCA) hesabat yayıb.
Assosiasiyanın hesabatına görə, təkcə oktyabr ayında Çinin payı keçən ilin eyni ayına nisbətən 1% artaraq 38%-i keçib.
Yanvar-oktyabr aylarında dünyada 79,25 milyon avtomobil satılıb ki, bu da illik müqayisədə 6% çoxdur. Çində isə eyni dövrdə 27,65 milyon avtomobil satılıb (+12%). Eyni dövrdə ABŞ-də 13,88 milyon, Hindistanda 4,56 milyon, Yaponiyada 3,86 milyon, Almaniyada isə 2,61 milyon avtomobil satılıb.
CPCA həmçinin qeyd edib ki, dünyanın ilk onluğuna daxil olan üç Çin avtomobil istehsalçısı qlobal bazar payını əhəmiyyətli dərəcədə artırıb. Siyahıda BYD 6-cı, “Geely” 8-ci və “Chery” isə 10-cu yeri tutub.
Tətbiqimizi yükləyə bilərsiniz