ABŞ 1 milyard dollarlıq PUA alacaq


ABŞ Müdafiə Nazirliyi 2028-ci ilin əvvəlinə qədər dörd mərhələdə yüz minlərlə kamikadze pilotsuz uçan aparatın (PUA) alınması üçün 1 milyard dollarlıq proqrama start verir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset “X” sosial şəbəkə səhifəsində bildirib.
Onun sözlərinə görə, “Drone Dominance” adlı bu proqram ABŞ hərbi-sənaye kompleksinin genişləndirilməsinə olan güclü tələbi həll etmək üçün hazırlanıb.
Peqset bildirib ki, “Dron Dominance” əsasən iki məqsədə nail olacaq: xərclərin azaldılması və imkanların artırılması.
“2026-cı ildə biz qoşunlarımıza on minlərlə, 2027-ci ilə qədər isə yüz minlərlə kiçik pilotsuz uçan aparat tədarük edəcəyik”, - nazir əlavə edib.
Nazirliyin iki il ərzində təxminən 340 min PUA sifariş edəcəyi gözlənilir: 30 min PUA 2026-cı ilin iyuluna qədər, daha 200 min PUA isə 2028-ci ilin yanvarına qədər hazır olacaq.
Heqsetin planlarına görə, hər partiyada alınan dronların sayının tədricən artacağı və bir dronun qiymətinin 5 min dollardan 2 min 300 dollara düşəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top