
Dünyanın ən yaxşı klubu üçün 2025-ci il “Globe Soccer Awards” mükafatının finalçıları açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Globe Soccer Awards” mükafatının rəsmi saytında məlumat verilib.
Siyahıya dünyanın müxtəlif qitələrindən 8 komanda daxil olub.
Siyahını təqdim edirik:
- “Əl Əhli” (Qahirə, Misir),
- “Barselona” (Barselona, İspaniya),
- “Bavariya” (Münxen, Almaniya),
- “Çelsi” (London, İngiltərə),
- “Flamenqo” (Rio de Janeyro, Braziliya)
- “Liverpul” (Liverpul, İngiltərə)
- “Pari Sen Jermen” - PSJ (Paris, Fransa),
- “Sportinq” (Lissabon, Portuqaliya).
Qeyd edək ki, “Real Madrid” 2024-cü il “Globe Soccer Awards” mükafatının ən yaxşı klubu seçilib. Mükafat Dubayda keçirilən mərasimdə təqdim olunub. 2023/2024 mövsümündə Madrid klubu Çempionlar Liqası, La Liqa, İspaniya Superkuboku və UEFA Super Kubokunun qalibi olub.
Tətbiqimizi yükləyə bilərsiniz