Dünyanın ən təmiz şəhəri seçildi


Krakov şəhəri dünyanın ən təmiz şəhəri seçilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Radical Storage” şirkəti tərəfindən aparılan araşdırmada öz əksini tapıb.
Araşdırmanın nəticələrinə görə, Polşanın bu şəhərində təmizlik haqqında turist rəylərinin 98,5 faizi müsbət olub.
Reytinqə görə, ikinci yeri 98 faiz müsbət rəylə BƏƏ-nin Şarja şəhəri tutub. İlk üçlüyü 97,9 faiz müsbət rəylə Sinqapurun Sinqapur şəhəri tamamlayıb.
İlk 10-luğa həmçinin Varşava (Polşa), Doha (Qətər), Ər-Riyad (Səudiyyə Ərəbistanı), Praqa (Çexiya), Maskat (Oman), Dubay (BƏƏ) və Fukuoka (Yaponiya) daxil olub.

DİGƏR XƏBƏRLƏR

Top