
“Prada” moda evi Amerikanın “Capri Holdings” holdinqindən İtaliyanın “Versace” brendini alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Prada” moda evi rəsmi saytında məlumart yayıb.
“Prada” bu gün “Capri Holdings”dən “Versace”nin alınmasının uğurla başa çatdığını elan edir”, - məlumatda bildirilib.
Qeyd edək ki, noyabr ayında “Prada” sahibinin oğlu Lorenzo Bertelli “Reuters” agentliyinə iki italyan brendinin inteqrasiyası başa çatdıqdan sonra “Versace”nin yeni icraçı direktoru olacağını qeyd etmişdi.
Xatırladaq ki, “Capri Holdings” 2018-ci ildən “Versace”nin sahibidir.
“Prada” lüks geyim, ayaqqabı və aksesuarlar üzrə ixtisaslaşan İtalyan şirkətidir. Şirkət 1913-cü ildə Milanda yaradılıb. “Versace” moda evi isə 1978-ci ildə italyan modelyer Canni Versaçe (1946-1997) tərəfindən qurulub.
Tətbiqimizi yükləyə bilərsiniz