
“MİDA satışları 1 dəqiqədə başa çatdı. İstifadəçilərdən soruşulan sual bu günün tarixi və doğum tarixi oldu. Bir çox istifadəçi texniki problemlər yarandığını qeyd edir”.
Yeniavaz.com xəbər verir ki, bunu texnobloqer Fərid Pərdəşünas sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) bu gün növbəti güzəştli mənzil satışını həyata keçirib.
Satış Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksindəki 627 mənzil üzrə baş tutub.
Tətbiqimizi yükləyə bilərsiniz