Bakıda “DongFeng” yandı, içindəki şəxs öldü


Bakı şəhərinin Qaradağ rayonunda “DongFeng” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
“Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top