Putin və Uitkoffun görüşü 5 saat davam edib


Kremldə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar başa çatıb.
Yeniavaz.com
“Kommersant”a istinadla xəbər verir ki, danışıqlar təxminən beş saat davam edib.
Qeyd olunub ki, görüşdə həmçinin Amerika tərəfdən Donald Trampın kürəkəni Cared Kuşner, Rusiya tərəfdən isə Rusiya Prezidentinin Vaşinqtonla danışıqlar üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriev və Vladimir Putinin müşaviri Yuri Uşakov iştirak ediblər.
Kirill Dmitriev X-də danışıqların “məhsuldar” keçdiyini yazıb.
“Söhbət çox faydalı, konstruktiv, çox mənalı oldu və beş dəqiqə yox, beş saat davam etdi. Hələlik planın kompromis variantı yoxdur. Amerikanın bəzi ideyaları bizə uyğun gəlir, bəziləri isə uyğun gəlmir”, - Yuri Uşakov görüşdən sonra jurnalistlərə deyib.
O bildirib ki, tərəflər danışıqların məzmununu açıqlamamağa razılaşıblar:
“Xüsusən ərazi problemləri müzakirə olunub, onlar olmadan böhranın həllini görə bilmərik. Layihələrin məzmunu, amerikalıların bir müddət əvvəl Moskvaya təhvil verdikləri sənədlər müzakirə edildi. Biz bu sənədləri nəzərdən keçirdik. Konkret formulaları, konkret təklifləri müzakirə etmədik, lakin ABŞ sənədlərində yer alanların mahiyyətini müzakirə etdik”.

DİGƏR XƏBƏRLƏR

Top