“Barselona” “Atletiko Madrid”i məğlub etdi – Video


İspaniya çempionatının 19-cu turunda çempion “Barselona” doğma meydanda “Atletiko Madrid”i qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, almaniyalı Hans-Diter Flikin rəhbərlik etdiyi komanda 3:1 hesablı əzmkar qələbə qazanıb.
20-ci dəqiqədə qonaqların ispaniyalı hücumçusu Aleks Baena hesabı açıb.
26-cı dəqiqədə braziliyalı hücumçu Rafinya bərabərlik qolunu vurub. 65-ci dəqiqədə ispaniyalı yarımmüdafiəçi Dani Olmo fərqlənərək Kataloniya komandasını önə keçirib. Əlavə olunmuş vaxtda ispaniyalı hücumçu Ferran Torres isə yekun hesabı müəyyənləşdirib – 3:1.
Qeyd edək ki, “Barselona” 37 xalla turnir cədvəlinə başçılıq edir, “Atletiko” isə 31 xalla dördüncüdür.

DİGƏR XƏBƏRLƏR

Top