Xəzər dənizinin sahillərində 320-dən çox ölü suiti tapıldı


Xəzər dənizinin Rusiya sahillərində 322 ölü suiti tapılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiyanın Regional fövqəladə hallar xidməti TASS-a məlumat verib.
Bildirilib ki, ölü heyvanlar Sulak çayının mənsəyi ilə Terek çayı arasındakı sahildə aşkarlanıb.
Qeyd edək ki, bundan əvvəl Dağıstan Təbii Sərvətlər Nazirliyinin teleqram kanalı xəbər verib ki, nazirliyə suitilərin ölümü ilə bağlı xəbərlər daxil olmağa başlayıb. Nazirlik qeyd edib ki, mütəxəssislər sahil zolağında yerində araşdırmaya başlayıblar.
Nazirlik əlavə edib ki, Xəzər suitilərinin tələf olması hər il məməlilərin miqrasiya dövründə müşahidə olunur. Alimlər hesab edirlər ki, bu hadisənin əsas səbəbi seysmik aktivliklə bağlı dənizin dibindən təbii qazın ayrıldığı ərazilərdən keçərkən heyvanların boğulmasıdır. 

DİGƏR XƏBƏRLƏR

Top