“Avropa Ukrayna məsələsində özünü siyasi cırtdan kimi aparır” − Çelik


“İqtisadi cəhətdən güclü Avropa Ukrayna münaqişəsi fonunda özünü siyasi cırtdan kimi aparır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik “Habertürk” telekanalına açıqlamasında deyib.
“Müharibə yaxınlaşır deyə qışqırırlar, gecə-gündüz müharibədən danışırlar, sığınacaqlar tikirlər. Deyirlər ki, üç günlük ərzaq ehtiyatı saxlamalıyıq. Qadınlar yenidən hərbi təlim keçməyə məcbur edilir. Cəmiyyət belə bir paranoyaya girəndə ondan çıxmaq çox çətindir. Biz Avropadakı həmkarlarımıza əvvəldən deyirdik. Baxın, Avropa iqtisadi nəhəngdir, amma siyasi cırtdan kimi davranır”, - Çelik deyib. 
Sözçü deyib ki, Ankara Avropa paytaxtlarını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qurduğu diplomatik xətti dəstəkləməyə çağırıb:
“Əgər Avropa Birliyi prezidentimizin İstanbulda başlatdığı vasitəçilik prosesinə tam dəstəyini bəyan etsəydi, bu gün müharibənin yaxınlaşması ilə bağlı açıqlama verməyə ehtiyac qalmazdı”.

DİGƏR XƏBƏRLƏR

Top