Due Avropada ilin ən yaxşı gənc futbolçusu mükafatına layiq görüldü


Fransa millisinin və PSJ-nin 20 yaşlı hücumçusu Dezire Due Avropanın ən yaxşı gənc futbolçusu seçilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Paris klubunun rəsmi sosial şəbəkə hesabında məlumat verilib.
20 yaşlı futbolçu “Golden Boy” mükafatı aldıqdan sonra təəssuratları ilə bölüşüb:
“Burada olmaq böyük şərəfdir, çox xoşbəxtəm. Bu mükafat mənim üçün çox şey deməkdir və onu həmişə məni dəstəkləyən bütün ailəmə həsr edirəm. Mən adətən ictimaiyyət qarşısında danışanda həyəcanlanmıram, amma ailəm haqqında danışanda həyəcan keçirirəm və mənə yaxın olan hər kəsə karyeram boyu göstərdikləri bütün səylərə və dəstəyə görə təşəkkür edirəm”. 

DİGƏR XƏBƏRLƏR

Top