
Moskvada Rusiya Prezidenti Vladimir Putinlə ABŞ nümayəndələri arasında Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə həsr olunmuş görüş başlayıb.
Yeniavaz.com xəbər verir ki, ABŞ-ni danışıqlarda xüsusi elçi Stephen Uitkoff və ölkə başçısı Donald Trampın kürəkəni Cared Kuşner təmsil edir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirib ki, görüşün vaxt məhdudiyyəti olmayacaq və lazım olduğu qədər davam edəcək.
Görüş zamanı Uitkoff və Kuşner Kiyevin mövqeyini nəzərə alaraq Putinə yenilənmiş sülh planının parametrlərini təqdim edəcəklər.
Qeyd edək ki, ABŞ və Ukrayna nümayəndələri bazar günü, noyabrın 30-da Floridada detalları müzakirə ediblər.
Tətbiqimizi yükləyə bilərsiniz