
Amerikanın texnologiya şirkəti “Apple”, maşın öyrənməsi və süni intellekt strategiyası üzrə vitse-prezidenti Con Cannandreanın istefa verdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin press-relizində bildirilib.
Bildirilib ki, 2018-ci ildə “Apple”a qoşulan Cannandrea 2026-cı ilin yazında daimi olaraq ayrılacaq. O vaxta qədər o, şirkətdə məsləhətçi kimi fəaliyyət göstərəcək.
İyul ayında şirkətə qoşulan Sİ tədqiqatçısı Amar Subramanya baş vitse-prezident Kreyq Federighiyə hesabat verərək, Sİ üzrə vitse-prezident təyin edilib. Karyerasını “Google”da edən və daha sonra bir il “Microsoft”da keçirən hindistanlı Subramanya süni intellekt modellərinin hazırlanması, maşın öyrənməsi tədqiqatları və süni intellekt təhlükəsizliyinə nəzarət edəcək. Əvvəllər Cannandreaya hesabat verən bəzi bölmələr digər menecerlər arasında yenidən bölüşdürüləcək.
Qeyd edilib ki, Subramanyanın rəhbərliyi altında “Google” öz çatbotu olan “Gemini”ni inkişaf etdirib.
Tətbiqimizi yükləyə bilərsiniz