
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner dekabrın 3-də Avropa ölkələrindən birində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə bilərlər.
Yeniavaz.com xəbər verir ki, bu barədə mənbələrə istinadən “Axios” məlumat yayıb.
Mənbələrin məlumatına görə, Uitkoff və Kuşner Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarının nəticələrini Zelenski ilə müzakirə edəcəklər. Sayt görüşün Avropadakı yerini dəqiqləşdirməyib.
Qeyd edək ki, Putinin bu gün saat 18:00-dan sonra Kremldə Uitkoff və Kuşnerlə görüşəcəyi gözlənilir. Əsas mövzu Ukrayna böhranının həlli, o cümlədən ABŞ-nin bu məsələ ilə bağlı təklifləridir.
Tətbiqimizi yükləyə bilərsiniz