Azərbaycanda və qonşu ölkələrdə əməkhaqqı və gəlir vergisi nə qədərdir? – Araşdırma


“Mən bir daha həm hörmətli həmkarlarıma, deputatlarımıza, eyni zamanda ekspertlərimizə çağırış edirəm ki, istənilən ölkənin vergi rejimini araşdırsınlar və görsünlər, gəlir vergisinin 3% olduğu neçə ölkə var”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Məlumat üçün bildirək ki, 2026-cı ildə özəl sektorda işləyən muzdlu işçilərin gəlirindən (maaşından) tutulan aylıq gəlir vergisinin 3% həddində olması nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycanda 3% həddində gəlir vergisi yalnız özəl sektora aid edilir. Dövlət sektorunda, o cümlədən neft-qaz sektorunda işləyən muzdlu işçilər bu il olduğu kimi gələn il də 14–25% arasında gəlir vergisi ödəyəcəklər. Belə ki, 2500 manatadək əməkhaqqında 14%, 2500 manatdan yuxarı əməkhaqqından isə 25% vergi tutulacaq.
Nəzərə alsaq ki, Azərbaycanda muzdlu işçilərin təxminən yarısı dövlət sektorunda çalışır, o zaman orta gəlir vergisinin 3% olması qeyri-mümkün olur. Bu ilin oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 781,4 min nəfər olub, onlardan 863,2 min nəfəri dövlət, 918,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Bu isə o deməkdir ki, Azərbaycanda əməkhaqqından tutulan gəlir vergisi orta hesabla 8–9% arasında olacaq.
Onu da bildirək ki, dünyanın fərqli ölkələrində müxtəlif gəlir vergiləri tətbiq olunur. Hətta bir çox ölkələrdə əməkhaqqından gəlir vergisi tutulmur. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Küveyt kimi ölkələrdə gəlir vergisi yoxdur.
Qonşu ölkələrdə isə gəlir vergisi Azərbaycanla müqayisədə yüksəkdir. Lakin onu da qeyd edək ki, qonşu ölkələrdə orta aylıq əməkhaqqı daha yüksək olduğundan, vergilər çıxıldıqdan sonra işçinin sərəncamında qalan vəsait Azərbyacan ilə müqayisədə daha çox olur.
Cədvəldə Azərbaycan və qonşu ölkələrdə əməkhaqqı, gəlir vergisi və sərəncamda qalan vəsait qeyd olunub:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top