
Çinin “DeepSeek” şirkəti “DeepSeek-V3.2” adlı geniş miqyaslı dil modellərinin yeni seriyasını buraxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat dərc olunub.
Tərtibatçıların texniki hesabatına əsasən, modelin ən son versiyası məntiq və proqramlaşdırma tapşırıqları üzrə “OpenAI”nin “GPT-5” versiyasını üstələyib.
“DeepSeek-V3.2-Speciale” Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO 2025) və Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) qızıl medal səviyyəsinə nail olmaqla müstəsna düşünmə qabiliyyəti nümayiş etdirib”, - məlumatda bildirilib.
Tərtibatçılar iddia edirlər ki, DSA (“DeepSeek Sparse Attention”) mexanizminin tətbiqi uzun kontekstlərdə dəqiqliyi saxlamaqla hesablama xərclərini əhəmiyyətli dərəcədə azaldıb.
Testlərdə “V3.2-Speciale” modeli “Google”un “Gemini-3.0-Pro” sistemi ilə müqayisə edilə bilən nəticələr nümayiş etdirib.
Həmçinin, “V3.2” modelinin əsas versiyası “GPT-5”ə daha səmərəli alternativ kimi qiymətləndirilib.
Tətbiqimizi yükləyə bilərsiniz