
Ermənistan Nazirlər Kabineti keçmiş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarla bağlı sənədləri dərc edib.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu sənədlərlə vasitəçilərin illər ərzində müzakirə olunan təklifləri ictimaiyyətə açıqlanıb.
Nazirlər Kabinetinin internet saytında ümumilikdə 13 sənəd yerləşdirilib. Onların arasında 2011-ci ildə Kazanda müzakirə edilən sənəd, 2019-cu ildə təqdim olunan vasitəçilərin təklifləri, keçmiş prezident Serj Sarkisyanın 2016-cı ilin avqustunda Rusiya Prezidenti Vladimir Putinə məktubu və digər sənədlər var.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın əvvəlində müxalifətin təkrar çağırış və tələblərinə cavab olaraq keçmiş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarla bağlı sənədləri dərc edəcəyini açıqlamışdı. O, danışıqlar prosesinin 2019-cu il də daxil olmaqla, əsas materiallarının hazırlandığını, onların hamısının surətinin çıxarıldığını və ilin sonuna qədər bir neçə publik sənəd də əlavə etməklə dərc edəcəyini bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz