“Aİ “Tramp marşrutu”nda iştirakla bağlı Azərbaycanla danışıqlar aparır”


Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə ali komissarı Marta Koss Aİ-nin “Tramp marşrutu” layihəsində (TRIPP) iştirakının mümkünlüyü məsələsindən danışıb.
Yeniavaz.com
“Armenpress”ə istinadla xəbər verir ki, bu barədə o, Brüsseldə bir qrup erməni jurnalistlə görüşdə Aİ-nin “Trump Marşrutu” layihəsində iştirak etməyi nəzərdən keçirib-keçirməməsi ilə bağlı sualı cavablandırarkən danışıb.
Koss Aİ-nin TRIPP-ə Mərkəzi Asiyanın Avropa ilə əlaqəsinin daha geniş kontekstində baxdığını nəzərə alaraq, bu məsələ ilə bağlı ABŞ ilə də danışıqlar apardığını qeyd edib.
“Biz Mərkəzi Asiyadan Avropaya gedən yoldan danışırıq. O, ümumilikdə 42 kilometrlik bir yoldur. Bizim üçün çox vacibdir ki, etdiyimiz hər şey təkcə bu 42 kilometrlik hissəyə deyil, həmçinin şərqə və qərbə gedən hər şeyə aid olsun və bütün bunlar hamısı eyni vaxtda həyata keçsin”, - Aİ-nin Ali Komissarı bildirib.
Marta Koss həmçinin bildirib ki, o, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyandan bu məsələdə Ermənistan üçün ən vacib olan prioritetlərin siyahısını təqdim etməyi xahiş edib.
“Bizim də öz ideyalarımız var. Biz bu məsələləri Türkiyə və Azərbaycanla da müzakirə edirik. Ona görə də, bunu hissə-hissə etməyin mənası yoxdur. Bu baxımdan ABŞ-nin bu layihədə əməkdaşlığı və ya iştirakı 42 kilometr dəmir yolunun tikintisindən daha vacibdir”, - Marta Kos əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top