
“Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski qış transfer pəncərəsində komandanı tərk edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “gol24.pl” portalı məlumat yayıb.
Bildirilib ki, 25 yaşlı qolkiper İtaliyanın “Napoli” və Almaniyanın “Borussiya Dortmund” klublarından təklif alıb.
Bu klublarla yanaşı Polşa çempionatının bir neçə təmsilçisi də futbolçunun keçidində maraqlıdır.
Polşalı qapıçının “Napoli”nin transfer siyahısına daxil olmasının əsas səbəblərindən biri “Qarabağ”ın “Napoli” ilə uğurlu oyunu olub. Nəticədə bu, İtaliyanın hazırkı çempionlarını Koxalski ilə müqavilə bağlamağı düşünməyə vadar edib.
“Corriere dello Sport”un məlumatına görə, “Borussiya Dortmund” klubu artıq polşalı qolkiperin transferinə təşəbbüs göstərib və qapıçının meneceri ilə danışıqlara başlayıb.
Ancaq nə adıçəkilən klublardan, nə də “Qarabağ” klubundan bu barədə rəsmi açıqlama olub.
Qeyd edək ki, Mateuş Koxalski “Qarabağ”la ümumilikdə 28 rəsmi oyuna çıxıb. Həmin qarşılaşmalarda o, 27 qol buraxıb və 13 dəfə qapısını toxunulmaz saxlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz