
Hazırda Azərbaycanda fəaliyyət göstərən 22 bankdan yalnız 11-i müştərilərə avtomobil krediti təqdim edir.
Yeniavaz.com xəbər verir ki, avtomobil krediti üçün ən aşağı faiz dərəcəsini “Kapital Bank” təklif edir.
İllik 12% dərəcəsi ilə təqdim edilən avtomobil kreditləri üçün “Kapital Bank” əlavə olaraq komissiya haqqı da tutur. Eyni zamanda bankın kredit təklifində tam elektrikli avtomobillər üçün 10%, hibrid avtomobillər üçün 20%, digər avtomobillər üçün isə 40% ilkin ödəniş tələb olunur.
Ən yüksək faiz dərəcəsini isə “Xalq Bank” təklif edir. Bu bank tərəfindən təqdim olunan avtomobil kreditinin FİFD (Faktiki İllik Faiz Dərəcəsi) 14,46–32,22% arasında dəyişir.
Məlumat üçün qeyd edək ki, bankların əksəriyyəti illik faiz dərəcələrini bütün xərclər daxil olmaqla (FİFD) qeyd ediblər.
Avtomobil krediti təqdim edən banklar və təklif olunan faiz dərəcələri aşağıdakı kimidir:

Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz