
Ötən gün baş tutan derbi zamanı “Qalatasaray”ın futbolçusu Kazımcan Karataşa alışqan ataraq xəsarət yetirən “Fənərbağça” azarkeşi M.G. saxlanılıb.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, oyun zamanı tribunadan atılan alışqan Kazımcan Karataşın üzünə dəyib.
Stadionun kameralarını araşdıran İstanbul Polisi alışqanı atan “Fənərbağça” azarkeşi M.G.-ni müəyyən edərək saxlayıb.
Saxlanılan şəxs barəsində “İdmanda zorakılığın və nizam-intizamın qarşısının alınması haqqında” 6222 saylı qanunun tələblərinin pozulmasına görə qanuni tədbir görülüb.
M.G. bir il müddətinə idman yarışlarında iştirakdan məhrum ediləcək.
Tətbiqimizi yükləyə bilərsiniz