
Türkiyə millisinin və “Fənərbağça”nın sabiq futbolçusu Gökhan Gönül saxlanılıb.
Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, sabiq futbolçu ilə yanaşı daha 11 nəfər “Avropa İnvestisiya Holdinqi”nin səhmlərinin alqı-satqısı zamanı saxtakarlığa yol verilməsi şübhəsi ilə saxlanılıb.
Onların arasında “Yetenek Sizsiniz Türkiye” televiziya müsabiqəsinin finalçısı, İran əsilli illuziyaçı Aref Qafuri də var.
İstintaq materiallarında şübhəlilərin “cinayət törətmək üçün təşkilat yaratmaq” və “informasiyaya əsaslanan bazar saxtakarlığı” cinayətlərini törətdikləri qeyd olunub.
G.Gönülün hava limanında saxlanıldığı bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz