
Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasının İdarə heyəti partiyanın “Etika Kodeksi”ni qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində məlumat yayıb.
O, yeni kodeksin partiya üzvləri üçün yeni standartlar və davranış modelləri müəyyən etdiyini bildirib.
“Mülki Müqavilə” Partiyası hakim qüvvə kimi ölkədə siyasi mühitin, atmosferin, mədəniyyətin inkişafı üçün xüsusi məsuliyyət hiss edir. Partiyanın İdarə Heyəti bu məsuliyyəti öz üzərinə götürərək, partiya üçün “Etika Kodeksi”ni qəbul etdi və bununla da özü üçün yeni standartlar müəyyən etdi. Bununla da biz nalayiq sözlərdən və təhqirlərdən imtina etdiyimizi, eləcə də ən yüksək dürüstlük standartlarına sadiq olduğumuzu bəyan edirik. Buna görə də, əgər təhqirə təhqirlə cavab verməsək, bu, zəiflik və ya qorxaqlıq kimi yox, daha çox qəbul etdiyimiz “Etika Kodeksi”nə sadiqlik kimi qəbul edilməlidir”, - Baş nazir qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz