Ağ Ev Trampın sağlamlıq vəziyyətini açıqladı


79 yaşlı ABŞ Prezidenti Donald Trampın tibbi müayinəsinin nəticələri onun səhhətinin normal olduğunu göstərir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə amerikalı liderin həkimi Şon Barbarellanın Ağ Evin “X” sosial şəbəkə səhifəsində dərc olunmuş hesabatında deyilir.
O, müayinənin profilaktik məqsədlə həyata keçirildiyini bildirib.
“Ətraflı müayinə Trampın ümumi səhhətinin normal olduğunu təsdiqləyir”, - Barbarella qeyd edib.
Barbarella bildirib ki, aparılan tibbi müayinələrə görə, dövlət başçısının səhhəti onun daxil olduğu yaş qrupunda olan insanlar üçün normaldır.
Qeyd edək ki, dekabrın 1-də Tramp jurnalistlərə maqnit rezonans tomoqrafiyasından (MRT) keçdiyini bildirib və nəticələr barədə məlumat verəcəyinə söz verib. Bununla belə, Amerika lideri hansı orqanının müayinə olunduğunu dəqiqləşdirməyib.
Xatırladaq ki, bundan əvvəl Ağ Evin sakini idrak testindən keçdiyini bildirib. Dövlət başçısının sözlərinə görə, o, testdən “əla” qiymət alıb.

DİGƏR XƏBƏRLƏR

Top