
Fransanın keçmiş prezidenti Fransua Ollandın Parisdəki evi qarət edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə BFMTV telekanalı paytaxt prokurorluğuna istinadla məlumat yayıb.
Prokurorluğun məlumatına görə, hadisə noyabrın 22-də baş verib.
Evi qarət edənlər iki nəfər olub. Onlar başqa şeylərlə yanaşı, keçmiş prezidentə məxsus saatı da oğurlayıblar.
Bir həftə sonra polis oğruları saxlayıb, oğurlanmış əşyaları götürüb və Ollanda qaytarıb.
Hadisəni törədən şəxslər hazırda həbsdədir.
Tətbiqimizi yükləyə bilərsiniz