Cəfər Pənahiyə 1 il qiyabi həbs verildi, ölkədən çıxışı qadağan edildi


Tehran İnqilab Məhkəməsi Kann Festivalının “Qızıl Palma” mükafatçısı, tanınmış iranlı rejissor Cəfər Pənahini 1 il qiyabi həbs cəzasına məhkum edib.
Yeniavaz.com
BBC telekanalına istinadla xəbər verir ki, bu barədə rejissorun vəkili Mustafa Nili “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, Cəfər Pənahinin ölkədən çıxışı, həmçinin siyasi-ictimai qrup və qruplaşmalara üzvlüyü də iki il müddətinə qadağan edilib.
Vəkil bildirib ki, Tehran İslam İnqilabı Məhkəməsinin 26-cı şöbəsi qiyabi hökmü “dövlət əleyhinə təbliğat fəaliyyəti”nə görə çıxarıb.
Mustafa Nili qərardan apellyasiya şikayəti vermək niyyətində olduqlarını bildirib.
Qeyd edək ki, bundan əvvəl 64 yaşlı kinorejissor iki dəfə həbs edilib və ölkə daxilində kino və film çəkilişi fəaliyyətinə qadağa qoyulub. Bununla yanaşı, onun 15 ilə yaxın ölkədən çıxışına qadağa qoyulub.

DİGƏR XƏBƏRLƏR

Top