
“ABŞ hakimiyyəti öz siyasətini həyata keçirərkən istər Yaxın Şərqdə, istərsə də bütün dünyada “cəngəllik qanunu”nun hökm sürməsini istəyir”.
Yeniavaz.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Oman televiziyasının aparıcısı Musa əl-Faraiyə müsahibəsində deyib.
“Bəli, təəssüf ki, Amerika siyasəti həqiqətən də dünyanı bu istiqamətə sövq edir və sizin “cəngəllik qanunu” adlandırdığınız şey mövcud vəziyyəti ən dəqiq şəkildə təsvir edir”, - nazir qeyd edib.
Əraqçinin fikrincə, dünyada bütün münasibətlər “cəngəllik qanunu”na doğru dəyişir, bununla daha çox gücə malik olanlar özləri və himayəsində olanlar üçün immunitet yaradırlar. İran XİN rəhbəri qeyd edib ki, Yaxın Şərqdə İsrail ABŞ və bəzi Avropa ölkələrindən tam immunitetə malikdir ki, bu da onun hər hansı hərəkətinə haqq qazandırır:
“İsrail istədiyi vaxt və hara istəsə hücum edir. Son iki il ərzində o, 7 ölkəni işğal edib və hazırda üçünün ərazisini işğal edir”.
Tətbiqimizi yükləyə bilərsiniz