Məşhur amerikalı yazıçı vəfat etdi


Amerikalı yazıçı Daniel Vudrel 73 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.
Bildirilib ki, yazıçının ölüm səbəbi mədəaltı vəzi xərçəngi olub.
Daniel Vudrel “Qış sümüyü” romanı ilə tanınır. Əsərdə yeniyetmə qız evini və torpağını girov qoymuş itkin düşən atasını axtarır. Roman “New York Times” tərəfindən 100 ən yaxşı detektiv kitabından biri seçilib.  2010-cu ildə Cennifer Lourensin baş rolda oynadığı eyniadlı film təqdim olunub. Film ən yaxşı film də daxil olmaqla dörd “Oskar” nominasiyası qazanıb. .

DİGƏR XƏBƏRLƏR

Top