“Qara dənizdə baş verənlər vəziyyətin gərginləşdiyini göstərir” − Ərdoğan


“Müstəsna iqtisadi zonamız daxilində ticarət gəmilərinə edilən hücumlar vəziyyətin həyəcan verici gərginləşməsindən xəbər verir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra deyib.
“Biz heç bir şəkildə naviqasiya, insan həyatı və ətraf mühitin təhlükəsizliyini təhdid edən bu hücumlara haqq qazandıra bilmərik. Biz Ukraynada müharibənin dayandırılmasına yönəlmiş son həftələrin gedişatını diqqətlə izləyirik və hər fürsətdə bu prosesə lazımi töhfə verməyə hazır olduğumuzu bəyan edirik”, - Türkiyə prezidenti qeyd edib.
Xatırladaq ki, Rusiyaya yüksüz gedən Qambiya bayraqlı “Kairos” və “Virat” tankerləri noyabrın 28-də Türkiyə sahillərindən 28 və 38 dəniz mili uzaqlıqda Qara dənizdə bir-birinin ardınca qısa müddət ərzində qəza siqnalları göndərib. “Kairos”un maşın otağında yanğın baş verib, “Virat”ın ekipajı gövdəyə ziyan dəydiyini bildirib, lakin gəmidə ciddi yanğın olmayıb. Noyabrın 29-da səhər saatlarında “Virat”a daha bir pilotsuz təyyarə hücumu həyata keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top