
Günəşdə iki həftə ərzində ilk dəfə olaraq ən yüksək X maqnitudalı partlayış aşkar edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.
“Bu gün səhər tezdən, Moskva vaxtı ilə saat 5:49-da (Bakı vaxtı ilə 6:49 - red.) iki həftəlik fasilədən sonra Günəşin şimal-şərq kənarında yeni X1.9 hadisəsi aşkar edilib”, - məlumatda qeyd olunub.
Ulduzun səthindəki hazırkı vəziyyətin “tamamilə dəli” olduğu vurğulanıb. Təşkilatın məlumatına görə, məşəl 4274 saylı bölgədə baş verib. Bu bölgə 2025-ci ilin oktyabrından bəri “bütün ekstremal günəş aktivliyini təkbaşına yaradır”.
Tətbiqimizi yükləyə bilərsiniz