
Oksford İngilis dili lüğəti 2025-ci ilin sözünü açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Oksford Universiteti məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin sözü “reycbeyt” (“rage bait”) olub. Bu söz qəsdən təxribat xarakterli onlayn məzmunu ifadə edir.
Mütəxəssislər bu termini rəsmi olaraq onlayn mənbələrin populyarlığını artırmaq üçün istifadə olunan məzmun üçün müəyyən ediblər. Bu söz ingiliscə “rage” və “bait” sözlərindən əmələ gəlib. Onun istifadəsi son 12 ayda üç dəfə artıb.
Qeyd edilib ki, söz ilk dəfə 2002-ci ildə “Usenet”də sürücünün yanıb-sönən “fara”larla reaksiyasını təsvir etmək üçün istifadə edilmişdir. Zamanla bu termin internet jarqonunun bir hissəsi oldu və viral yazılara tətbiq olunmağa başladı. Bu, həmçinin “ragefarming” anlayışının yaranmasına səbəb oldu - təxribat yolu ilə istifadəçi reaksiyalarının manipulyasiyası.
Tətbiqimizi yükləyə bilərsiniz