Kino Agentliyi bu şirkətə 518 min manat ödəyəcək – 3 gün sonra tədbirdir


Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi “Mozg Media Group” MMC olub.
Qeyd edək ki, “Mozg Media Group” Kino Agentliyinin sifarişi əsasında 3 gün sonra Bakıda keçiriləcək “Baku Cinema Breeze 2025” film festivalı çərçivəsində tədbirlərin təşkili xidmətlərini göstərəcək. Göstəriləcək xidmətlərin qarşılığında Agentlik MMC-yə 517 min 902 manat ödəyəcək.
Onu da bildirək ki, nizamnamə kapitalı 53 min 540 manat olan “Mozg Media Group” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Mirzəzadə Zaur Mübariz oğludur.
Məlumat üçün qeyd edək ki, 1983-cü il təvəllüdlü Zaur Mirzəzadə prodüser, kino prodüseri, kinorejissor, ssenari müəllifi kimi tanınıb. 2018–2019-cu illərdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsində şöbə müdiri vəzifəsində çalışıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top