
Süni intellekt növbəti beş ildə ənənəvi istehsalı əsaslı şəkildə dəyişdirəcək və bu transformasiyada insanabənzər robotlar mərkəzi rol oynayacaq.
Yeniavaz.com xəbər verir ki, “Xiaomi” şirkətinin baş direktoru Ley Tszyun bu barədə “Beijing Daily” qəzetinə verdiyi müsahibədə bildirib.
O, süni intellektin köməkçi vasitə olmaqdan çıxdığını və sənaye transformasiyasının aparıcısına çevrildiyini qeyd edib.
Uğurlu texnologiyanın tətbiqinə misal olaraq, Ley Tszyun “Xiaomi”nin elektrik avtomobili istehsal edən zavodunu göstərib.
Onun sözlərinə görə, süni intellekt avtomobilin tökmə hissələrini iki saniyəyə yoxlayır ki, bu da əl əməyindən on dəfə daha sürətli və beş dəfə daha dəqiqdir.
O qeyd edib ki, bu cür avtomatlaşdırma yeni trilyon dollarlıq bazar yarada bilər. Lakin heç bir şirkət bütün texnoloji dövrəni təkbaşına qura bilməyəcəyi üçün tərəfdaş ekosistemlər miqyasını genişləndirmək çox vacibdir.
“Xiaomi”nin qurucusu beş il ərzində öz fabriklərində insanabənzər robotlar yerləşdirməyi planlaşdırdıqlarını qeyd edib. Bu maşınlar konveyerlərdə insanların hazırda yerinə yetirdiyi tapşırıqları yerinə yetirəcək. O, həmçinin köhnəlmiş ucuz əmək modelindən imtina etməyə və rəqabət qabiliyyətini qorumaq üçün texnoloji istehsal üsullarına üstünlük verməyə çağırıb.
Tətbiqimizi yükləyə bilərsiniz