
Rusiyanın Tula vilayətində qarışıq döyüş növləri (MMA) üzrə döyüşçü və məşqçisi erməni əslilli Tiqran Oqanesyan saxlanılıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Tula vilayətinin hüquq-mühafizə orqanları məlumat yayıb.
Oqanesyan etnik cinayətkar qrup yaratmaqda ittiham edilib.
Müstəntiqlərin fikrincə, 36 yaşlı döyüşçü və məşqçi həmyerlilərini işə cəlb edərək idman klubu yaradıb, sonra isə Şekino şəhərində soyğunçuluq və quldurluq təşkil edib.
Onlar özlərini güc strukturlarının nümayəndələri kimi təqdim edərək, qurbanlarından 500 min ilə 800 min rubl arasında pul tələb ediblər.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) təqdim etdiyi materiallar əsasında ona qarşı Rusiya Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü hissəsi ilə (hədə-qorxu ilə pul tələb etmə) cinayət işi açılıb.
Məhkəmənin qərarı ilə Oqanesyan barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd olunur ki, cinayət işi üzrə təqsirləndirilən şəxs tutularaq istintaqa təhvil verilib.
İstintaq davam edir.
Tətbiqimizi yükləyə bilərsiniz