Naxçıvanda səhiyyə nazirinin səlahiyyətlərini o icra edəcək


Rəşadət Qurban oğlu Nabatov Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.
Sərəncama uyğun olaraq, yeni nazir təyin olunana qədər səhiyyə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası da Rəşadət Nabatova həvalə olunub.
Qeyd edək ki, bir müddət əvvəl Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxov vəzifəsindən azad edilib.

DİGƏR XƏBƏRLƏR

Top